İranda sülh anlaşmasından sonra milli valyuta dəyər qazandı

İranda sülh anlaşmasından sonra milli valyuta dəyər qazandı
Kateqoriya məlum deyil
T

Aylarla davam edən kəskin devalvasiyadan sonra İranın milli valyutası son bir həftə ərzində əhəmiyyətli dərəcədə dəyər qazanıb. ABŞ və İran arasında müharibənin dayandırılması və bütün məsələlərin danışıqlar yolu ilə həll olunmasını nəzərdə tutan razılaşmadan sonra valyuta bazarlarında müsbət tendensiya müşahidə edilir.

Sfera.az xəbər verir ki, 107 gün davam edən gərginlik tərəflər arasında imzalanan rəqəmsal formatlı anlaşma memorandumundan sonra başa çatıb.

Razılaşmanın diplomatik həll yollarını önə çıxarması İran maliyyə bazarlarına da təsir göstərib. Ölkədə sərbəst valyuta məzənnələrini izləyən “pashizi.com”un məlumatına əsasən, ötən həftə təxminən 180 min tümən (təxminən 6,88 Azərbaycan manatı) civarında olan 1 ABŞ dolları bu gün 152 min tümənə (təxminən 5,80 Azərbaycan manatı) qədər geriləyib. Bu isə qısa müddətdə milli valyutanın 15 faizdən çox dəyər qazanması deməkdir.

Son aylarda İran iqtisadiyyatı müharibə xərcləri, yüksək inflyasiya və sanksiya təzyiqləri səbəbindən ciddi çətinliklərlə üzləşib. Dollar məzənnəsi mart ayında tarixi maksimuma çataraq 28 fevraldan sonra başlayan ABŞ–İsrail gərginliyi fonunda 190 min tümənə (təxminən 7,26 Azərbaycan manatı) qədər yüksəlib və bu milli valyutanın rekord devalvasiyasına səbəb olub.

Mənsumə

Sfera.az

PAYLAŞ