Trampın G7-dəki davranışı müzakirələrə səbəb oldu - FOTO

Trampın G7-dəki davranışı müzakirələrə səbəb oldu - FOTO
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın G7 sammitindəki davranışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sfera.az bildiri ki, Fransanın Evian-le-Ben şəhərində keçirilən sammit zamanı çəkilmiş görüntülərdə dünya liderləri birgə foto çəkdirərkən Trampın yanlış istiqamətə getməyə çalışdığı görünür. Daha sonra ona düzgün istiqamət göstərilir və ABŞ prezidenti qrupdan ayrılırkən kameralara baş barmağını qaldıraraq işarə edir.

Sosial şəbəkə istifadəçilərinin bir qismi bu görüntüləri Trampın səhhəti ilə əlaqələndirib. Bəzi şərhçilər onun çaşqın göründüyünü və digər liderlərin müdaxiləsi ilə istiqamətini dəyişdiyini iddia ediblər.

Müzakirələr fonunda Trampın sağlamlıq durumu yenidən gündəmə gəlib. ABŞ prezidenti isə bundan əvvəl keçdiyi tibbi müayinənin nəticələrindən razı qaldığını bildirərək, bütün göstəricilərinin normal olduğunu açıqlamışdı.

Qeyd edək ki, son aylarda Trampın müxtəlif tədbirlərdəki davranışları və çıxışları da sosial mediada geniş müzakirə olunur. Bununla yanaşı, G7 sammitində onun digər dünya liderləri ilə ünsiyyəti də diqqət mərkəzində olub.

İnci

Sfera.az

PAYLAŞ