ABŞ və İran arasında razılaşma: Hörmüz açılır, nüvə danışıqları başlayır

ABŞ və İran arasında razılaşma: Hörmüz açılır, nüvə danışıqları başlayır
Kateqoriya məlum deyil
T

ABŞ və İran arasında əldə olunduğu bildirilən müvəqqəti razılaşma Hörmüz boğazında gəmilərin hərəkətinin bərpası və nüvə danışıqlarına start verilməsini nəzərdə tutur. Bununla belə razılaşmanın tam mətni hələ açıqlanmadığından bir sıra mühüm detallar qeyri-müəyyən qalır.

Sfera.az xəbər verir ki, Pakistanın vasitəçiliyi ilə əldə edilən anlaşma ilkin mərhələdə Hörmüz boğazının tam açılması və ABŞ-ın İran limanlarına qarşı tətbiq etdiyi məhdudiyyətlərin yumşaldılması ilə həyata keçiriləcək. Daha sonra tərəflər 60 günlük müddət çərçivəsində nüvə proqramı üzrə danışıqlara başlayacaqlar.

Danışıqların əsas mövzusu İranın nüvə fəaliyyəti, uranın zənginləşdirilməsi səviyyəsi və sanksiyaların mümkün yumşaldılmasıdır. Vaşinqton Tehrandan zənginləşdirmənin azaldılmasını tələb edir, İran isə nüvə proqramının dinc məqsədli olduğunu bildirərək sanksiyaların tamamilə ləğvini istəyir.

Eyni zamanda, razılaşmanın ən mübahisəli hissələrindən biri İranın raket proqramı və regiondakı müttəfiqlərə dəstək məsələsi sənəddə açıq şəkildə əks olunmayıb. ABŞ rəsmiləri sənədin qısa və ümumi xarakter daşıdığını əsas detalların isə danışıqların növbəti mərhələsində müzakirə ediləcəyini bildirirlər.

Regionda gərginliyi artıran əsas məqamlardan biri də Livan və İsrail faktorudur. ABŞ tərəfi razılaşmanın İsrailin Livandan çıxmasını nəzərdə tutmadığını açıqlayıb. İsrail isə öz təhlükəsizlik maraqlarını əsas gətirərək mövqeyini dəyişmədiyini bildirir.

Bu arada İsraildə siyasi dairələrdə narazılıqlar artır. Baş nazir Benyamin Netanyahunun prosesdən kənarda qalması və ABŞ–İran yaxınlaşması ölkə daxilində siyasi debatları daha da gücləndirib.

Mənsumə

Sfera.az

PAYLAŞ