Tramp Hörmüz boğazının açılacağı tarixi elan etdi

Tramp Hörmüz boğazının açılacağı tarixi elan etdi
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma prosesinin davam etdiyini açıqlayaraq, Hörmüz boğazı ilə bağlı mühüm mesaj verib.

Sfera.az xəbər verir ki, Tramp Hörmüz boğazının yaxın günlərdə yenidən tam istifadəyə açılacağını bildirib.

Amerika lideri Hörmüz boğazının vəziyyətinə toxunaraq cümə günü açılacağını elan edib.

Dünyanın ən strateji enerji marşrutlarından biri hesab edilən Hörmüz boğazı qlobal neft ticarəti üçün böyük əhəmiyyət daşıyır. Bu ərazidə baş verən hər hansı gərginlik beynəlxalq bazarlarda enerji qiymətlərinə birbaşa təsir edir.

Trampın açıqlaması bölgədə gərginliyin azalacağı və enerji daşımalarında normallaşmanın başlayacağı ilə bağlı gözləntiləri artırıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ