“İran Türkiyəni vuracaqdı” - Trampdan şok iddia

ABŞ Prezidenti Donald Tramp regiondakı gərginliklə bağlı açıqlaması ilə gündəmə gəlib.
Sfera.az xəbər verir ki, G7 sammiti çərçivəsində keçirilən mətbuat konfransında ABŞ lideri İranın keçmiş rəhbərliyinin Türkiyəyə qarşı mümkün hücum planları hazırladığını iddia edib.
“İran bir vaxtlar hətta Türkiyəyə də hücum etmişdi. Bunu heç vaxt anlamadım. Düşünürəm ki, heç kim də bunu anlaya bilməz. Problem də məhz bundan ibarət idi. Onlar tamamilə məntiqsiz insanlardan ibarət idi”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, hazırda İranda vəziyyət dəyişib və yeni rəhbərliklə daha fərqli münasibətlər qurulur.
Trampın açıqlaması regionda daha əvvəl yaşandığı iddia edilən raket gərginliyini yenidən gündəmə gətirib. İddialarda vurğulanıb ki, İranın əsas hədəflərindən biri Türkiyədə yerləşən strateji hərbi obyektlərdən biri olub.
Hadisədən sonra diplomatik kanallar vasitəsilə gərginliyin azaldılması istiqamətində danışıqlar aparıldığı qeyd olunub.
Bəsti Rəfizadə
