Mertsdən Trampa maraqlı hədiyyə

Mertsdən Trampa maraqlı hədiyyə
Kateqoriya məlum deyil
T

Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib və ona Almaniya milli futbol komandasının rənglərində xüsusi forma hədiyyə edib.

Sfera.az xəbər verir ki, bu barədə Merts “X” sosial şəbəkəsində paylaşım edib.

Hədiyyə iki siyasətçinin iştirak etdiyi birgə tədbir çərçivəsində təqdim olunub.

“Keçmiş 80 illik yubileyiniz mübarək... Axı sonda biz eyni komandada oynayırıq”, – deyə Almaniya kansleri yazıb.

Formanın üzərində “Trump” soyadı və “47” nömrəsi yer alıb. Bu rəqəm Donald Trampın ABŞ-nin 47-ci prezidenti olmasını simvolizə edir.

Tədbirin yayımından görünür ki, ABŞ lideri hədiyyəyə görə Mertsə təşəkkür edib və formanı masanın üzərinə qoyub.

Qeyd edək ki, Donald Tramp iyunun 14-də 80 yaşını qeyd edib.

İnci

Sfera.az

PAYLAŞ