Melaniya Trampın görünüşü müzakirələrə səbəb oldu - FOTO

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı, keçmiş fotomodel Melaniya Tramp həyat yoldaşının 80 illiyi münasibətilə təşkil olunan UFC turnirindəki görünüşü ilə diqqət mərkəzinə düşüb.
Sfera.az bildirir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
ABŞ-nin 56 yaşlı birinci xanımı idman tədbiri üçün bədənə kip oturan qara rəngli libas seçib. O, görünüşünü dəbdəbəli Dolce & Gabbana brendinə məxsus dəri pencəklə tamamlayıb. Melaniya geyiminə Christian Louboutin markasının iti burunlu ayaqqabılarını uyğunlaşdırıb və brilliant xaç formalı boyunbağı ilə obrazına son toxunuşu verib.
Nəşrin oxucuları Melaniyanın geyimi ilə bağlı fərqli fikirlər səsləndiriblər.
Bəzi istifadəçilər onun seçimini tənqid edərək “vulqar geyim”, “birinci xanım üçün uyğun deyil” və “dəfn mərasiminə gedirmiş kimi görünür” kimi rəylər yazıblar.
Digərləri isə Melaniyanın görünüşünü yüksək qiymətləndiriblər. Şərhlərdə “tarixin ən gözəl və zövqlü birinci xanımı”, “möhtəşəm qadındır” və “ondan xoşunuz gəlsə də, gəlməsə də çox gözəldir” kimi fikirlər yer alıb.
Xatırladaq ki, bundan əvvəl Donald Trampın kiçik oğlu Barron Tramp da UFC turnirində yeni imici ilə görünərək sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
İnci

