Rusiya və Türkiyəni düşmən edəcək görüntülər - Arxadan vurulan zərbə - FOTO
Dünya
00:23 / 03.05.2017
3194
Rusiyanın Suriyada olan əsgərləri və YPG terrorçularının birgə görüntüləri ortaya çıxıb.
Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçular tərəfindən sosial şəbəkələrdə paylaşılan şəkillərdə Rusiya əsgərlərinin silahlılarla birgə Türkiyə ərazisini müşahidə etdiyi öz əksini tapıb.
Şəkillər Suriyanın Afrin şəhərində çəkilib. Əsgərlər şəhərə YPG silahlılarına dəstək məqsədi ilə gəliblər.
Şəhərdə yerləşən təpədə Suriya bayrağının dalğalanması diqqətdən yayınmayıb. Həmçinin Afrində Rusiya ordusuna məxsus silah-sursat və ağır texnika var. Şəkillər sosial şəbəkələrdə güniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, bundan əvvəldə Rusiya əsgərləri ilə terrorçuların isti münasibətdə olduğunu əks etmirən şəkillər ortaya çıxmışdı. Mart ayında rus əsgərlər və terrorçular Novruz bayramını birlikdə qeyd etmişdilər.
Türkiyə rəsmiləri isə dəfələrlə YPGPYD qruplaşmalarının terror təşkilatı adlandırıb. Rəsmi Ankara qeyd edilən qruplaşmalarla əməkdaşlıq edən ölkələrin terrorçuya dəstək verdiyini bəyan edib.