ABŞ-də dəhşətli təyyarə qəzası: 12 nəfər həyatını itirdi

ABŞ-də dəhşətli təyyarə qəzası: 12 nəfər həyatını itirdi
Kateqoriya məlum deyil45 👁️
T

ABŞ-də özəl təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər həyatını itirib.

Sfera.az xəbər verir ki, bu barədə "Fox4 News" məlumat yayıb.

Məlumata görə, təyyarə iyunun 14-də səhər saatlarında "Butler Memorial Airport" hava limanından havaya qalxıb. Yerli vaxtla saat 11:30 radələrində hava gəmisi qəfil istiqamətini dəyişərək magistral yolun yaxınlığında yerə çırpılıb.

Qəza nəticəsində göyərtədə olan 11 paraşütçü və pilot həlak olub. Hadisənin şahidləri arasında qurbanların yaxınları da olub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. ABŞ-nin mülki aviasiya qurumları qəzanın səbəblərini müəyyənləşdirməyə çalışır. Qəza baş verən əraziyə görə magistral yol müvəqqəti bağlanıb, hava limanında isə uçuşların qəbulu və yola salınması dayandırılıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-də yeni evlənən cütlüyü daşıyan helikopter də qəzaya uğramışdı. Məlumata görə, pilot dumanlı hava şəraitindən yayınmaq üçün yüksəkliyə qalxmağa çalışsa da, idarəetməni itirmişdi.

İnci

Sfera.az

PAYLAŞ