ABŞ və İran arasında sülh razılaşması əldə olundu

Kateqoriya məlum deyil
T
ABŞ və İran arasında uzun müddətdir davam edən qarşıdurmaya son qoyacaq sülh sazişi üzrə razılıq əldə olunub.
Sfera.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif açıqlama verib. Şərifin sözlərinə görə, tərəflər sülh sazişinin mətnini razılaşdırıblar və hazırda sənədin yekun texniki mərhələləri üzərində iş aparılır. O bildirib ki, əldə olunan razılaşma regionda gərginliyin azalmasına və hərbi əməliyyatların dayandırılmasına yönəlib.
Pakistanın baş naziri həmçinin qeyd edib ki, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar daimi olaraq dayandırılıb. Onun sözlərinə görə, ABŞ və İran arasında əldə olunan razılaşmanın rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.
