ABŞ-də hərbi təyyarə qəzaya uğradı

Kateqoriya məlum deyil0 👁️
T
ABŞ-nin Şimali Perri hava limanında helikopterin qəzaya uğraması nəticəsində xəsarət alan dörd nəfər xəstəxanaya yerləşdirilib.
Sfera.az xəbər verir ki, bu barədə “NBC6” televiziya kanalı məlumat yayıb. Yanğınsöndürənlərin sözlərinə görə, zərərçəkənlər həyati təhlükəsi olmayan xəsarətlər alıblar.
Federal Aviasiya Administrasiyası “Robinson R44” helikopterinin uçuş zamanı aşdığını və yaxınlıqdakı təyyarəyə çırpıldığını açıqlayıb. Helikopterin özü orta dərəcədə zədələnib.
