ABŞ Venesuealada cinayətkar qrupun rəhbərini məhv edib
Kateqoriya məlum deyil
ABŞ Venesuelada Tren de Aragua cinayətkar qrupunun liderini məhv edib.
Sfera.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth Social-da açıqlayıb. O, bildirib ki, ABŞ qüvvələri onun əmri ilə Venesuela ilə koordinasiyalı şəkildə xüsusi zərbə hazırlayıb: "Mənim göstərişimə əsasən, ABŞ Cənub Komandanlığı ildırım zərbəsi endirərək Yer kürəsinin ən qaniçən terror təşkilatlarından biri olan Tren de Aragua-nın məşhur lideri Niño Guerreronu uğurla məhv edib. Bu, çox yaxşı əməkdaşlıq etdiyimiz Venesueladakı dostlarımızla sıx koordinasiyada edilib".
O, qeyd edib ki, əvvəllər qrupu ABŞ-ın terror təşkilatları siyahısına əlavə edib.






