Logo

Rusiya İsveçrənin vasitəçiliyini rədd etdi

Rusiya İsveçrənin vasitəçiliyini rədd etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya İsveçrənin vasitəçilik və ya “xoşməramlı xidmətlər” təkliflərində maraqlı deyil.

Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Berndəki səfiri Sergey Qarmonin TASS-a açıqlamasında bildirib.

Diplomat İsveçrənin Moskvanın gözündə artıq nüfuzlu neytral dövlət statusunu itirdiyini vurğulayıb.

“Rusiya tərəfinin konfederasiyanın "xoşməramlı xidmətlərinə" ehtiyacı yoxdur”, - deyə səfir qeyd edib.

Qarmoninin sözlərinə görə, İsveçrə kollektiv Qərbin anti-Rusiya siyasətini dəstəkləyən qeyri-konstruktiv addımları ilə Moskva üçün əvvəlki neytral imicini itirib. O bildirib ki, bu mövqe Bern rəsmilərinin diqqətinə dəfələrlə çatdırılıb.

Səfir İsveçrənin Avropa İttifaqının bütün sanksiya paketlərinə qoşulduğunu, həmçinin Ukraynanın mülki şəxslərə qarşı hücumlarına göz yumduğunu iddia edib. Bundan əlavə, o bildirib ki, İsveçrə Avropa Şurasının Rusiya rəhbərliyinə qarşı xüsusi tribunal yaratmaq təşəbbüsünü dəstəkləyir.

“Belə vəziyyətdə İsveçrənin qərəzsizliyindən necə danışmaq olar?” - deyə Qarmonin əlavə edib./publika

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR