Tramp təsdiqlədi: "Ona dəli demişəm"

Tramp təsdiqlədi: "Ona dəli demişəm"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə son telefon danışığı zamanı onu "dəli" adlandırdığını təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, "New York Post" qəzetinin yaydığı məlumata görə, Tramp jurnalistin bu barədə sualını cavablandırarkən bildirib:

 

“Bəli, bunu demişəm. Amma qəzəbli olduğumu söyləməzdim. Sadəcə, onun Livanla bağlı davamlı münaqişələrindən bir qədər narahat idim. Biz birlikdə çox yaxşı işləmişik. Bibini (Netanyahu – red.) çox bəyənirəm və onunla əməkdaşlığım da yaxşıdır”.

 

Xatırladaq ki, daha əvvəl CNN telekanalı Tramp və Netanyahu arasında telefon danışığının gərgin keçdiyini bildirmişdi. Məlumata görə, Ağ Ev rəhbəri İsrailin Livandakı hərbi əməliyyat planlarının miqyasını azaltması üçün Netanyahuya təzyiq göstərib.

 

"Axios" portalının məlumatına əsasən, sözügedən danışıq zamanı Tramp İsrail baş nazirini sərt şəkildə tənqid edib və onu “dəli” adlandırıb.

 

İnci

PAYLAŞ