"Rusiyanın hücumları sistematik olacaq" - Peskov

Kateqoriya məlum deyil
T
Rusiya Ukraynaya qarşı sistematik hücumları davam etdirəcək.
Sfera.az xəbər verir ki, Kremldən belə bir açıqlama Ukraynanın Sankt-Peterburqdakı neft terminalına və dəniz bazasına zərbə endirməsindən sonra gəlib.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə Ukraynanın Sankt-Peterburqa hücumu ilə bağlı sualı cavablandırarkən deyib ki, Ukraynaya verilən cavab sistematik xarakterli olacaq.
Kreml rəsmisi söyləyib ki, Rusiya Ukraynadan gözlənilən hücumları dəf etmək üçün bu ölkəyə qarşı raket və dron zərbələri endirir.
Vasif
Sfera.az
