Donald Tramp İran lideri ilə görüşmək istəyir

ABŞ Prezidenti Donald Tramp gələcəkdə İranın ali rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib.
Sfera.az bildirir ki, Amerikanın "New York Post" qəzetinin yaydığı məlumata görə, Tramp bu barədə açıqlamasında deyib:
“Deyəsən, münasibətlərimiz kifayət qədər yaxşıdır. Mən onunla görüşmək istərdim. Ümumiyyətlə, hər kəslə görüşməkdən məmnun olaram. Onunla da görüşmək istəyirəm və hadisələrin necə inkişaf edəcəyindən asılı olaraq, böyük ehtimalla nə vaxtsa görüşəcəyik”.
ABŞ lideri qeyd edib ki, Müctəba Xamenei ABŞ ilə İran arasında mövcud münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesində fəal iştirak edir.
Xatırladaq ki, Donald Tramp bundan əvvəl İranın nüvə silahı hazırlamaq planlarından imtina etməyə razılaşdığını açıqlamışdı.
İnci
Sfera.az
