2026-cı ilin “Pulitzer” mükafatçıları bəlli oldu - SİYAHI

2026-cı ilin "Pulitzer" mükafatçıları bəlli oldu - SİYAHI
Kateqoriya məlum deyil
T

Dünyanın ən nüfuzlu jurnalistika mükafatlarından biri hesab olunan "Pulitzer"in builki qalibləri elan edilib.


Sfera.az xəbər verir ki, qəzet, jurnal, onlayn xəbərçilik, ədəbiyyat və musiqi sahələrində təqdim olunan mükafatlarda bu il ABŞ-də baş verən silahlı hücumlar və texnoloji araşdırmalar ön plana çıxıb.


Jurnalistika sahəsində qaliblər:


“Operativ Xəbər”lər kateqoriyasında 2025-ci ilin avqustunda Minneapolisdəki Katolik məktəbində baş verən və iki uşağın ölümü ilə nəticələnən silahlı hücumu işıqlandırdığı üçün “The Minnesota Star Tribune” qəzeti mükafata layiq görülüb.
“İctimai Xidmət”lər kateqroiyasında “The Washington Post” qəzeti ABŞ Prezidenti Donald Tramp administrasiyasının federal qurumlarda apardığı islahatların və ixtisarların ölkəyə təsirini araşdırdığına görə qalib seçilib.
“Beynəlxalq Xəbər”də Silikon Vadisində yaranan və Çində inkişaf etdirilən kütləvi izləmə texnologiyalarının qlobal təsirlərini araşdıran “Associated Press” (AP) agentliyi mükafat alıb.
“Milli Xəbərçilik”də “Reuters” xəbər agentliyi ABŞ Prezidentinin icra hakimiyyəti səlahiyyətlərini genişləndirmək cəhdlərini sənədləşdirdiyi üçün mükafatlandırılıb.
“New York Times”ın uğurları da bu sıradadır. Nəşr bu il 3 fərqli nominasiyada: “Araştırmaçı Jurnalistika”, “Analitik Yazı” və Qəzzadakı dağıntıları əks etdirən fotoya görə “Operativ Xəbər Fotoqrafiyası” sahəsində qalib olub.
“İzahlı Xəbərçilik” kateqoriyasında isə sığorta şirkətlərinin alqoritmlər vasitəsilə yanğından zərər çəkən ev sahiblərinə az təzminat ödəməsini ifşa edən “San Francisco Chronicle” mükafata layiq görülüb.


Ədəbiyyat və incəsənət dünyasında da ilin ən yaxşıları müəyyənləşib:


Bədii ədəbiyyat: Daniel Kraus - “Angel Down”
Dram: Bess Vohl - “Liberation”
Tarix: Cill Lepore - “We the People: A History of the U.S. Constitution”
Bioqrafiya: Amanda Vaill - “Pride and Pleasure: The Schuyler Sisters in an Age of Revolution”
Xatirə/Avtobioqrafiya: Yiyun Li - “Things in Nature Merely Grow”
Poeziya: Culiana Spahr - “Ars Poeticas”
Qeyri-bədii ədəbiyyat: Brian Goldstone - “There Is No Place for Us: Working and Homeless in America”
Musiqi: Gabriela Lena Frank - “Picaflor: A Future Myth”


Qeyd edək ki, "Pulitzer" mükafatları 1917-ci ildən bəri Cozef Pulitzerin vəsiyyəti ilə Kolumbiya Universiteti tərəfindən təqdim olunur.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ