Gürcüstanda ara qarışdı: Saxlanılan var

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti yüksək rütbəli casusun həbs olunduğunu bildirib.
Sfera.az xəbər verir ki, 5 may tarixində keçirilən brifinqdə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti rəisinin birinci müavini Laşa Maqradze xarici kəşfiyyat agentliyində çalışan yüksək vəzifəli məmurun həbs olunduğunu açıqlayıb.
Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılan Gürcüstan vətəndaşı dövlət qurumunda yüksək vəzifə tutub. O, vəzifəsindən istifadə edərək sistematik olaraq məxfi məlumatlar toplayıb.
Müstəntiqlər onun bu məlumatları xarici kəşfiyyat xidmətinin nümayəndəsinə ötürdüyünü müəyyən ediblər. Maqradzenin məlumatına görə, iş icraçıları ilə agent arasında görüşlər ciddi məxfilik şəraitində keçirilib.
Əlaqələrin planlaşdırılması üçün şifrələnmiş ikitərəfli rabitədən istifadə edilib və yerlər əvvəlcədən razılaşdırılmış şərtlərə uyğun olaraq seçilib. Məlumatlar həm şəxsən, həm də elektron cihazlar vasitəsilə ötürülüb./globalinfo
