Logo

BƏƏ-də təcili QƏRAR: Bütün məktəblər bağlandı

BƏƏ-də təcili QƏRAR: Bütün məktəblər bağlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bütün məktəblər 5 maydan 8 mayadək məsafədən təhsil rejiminə keçir.

Sfera.az xəbər verir ki, bu barədə BƏƏ Təhsil Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Qurum 5 may 2026-cı il çərşənbə axşamı günündən 8 may 2026-cı il cümə gününədək ölkə ərazisindəki uşaq bağçaları, eləcə də bütün dövlət və özəl məktəblərdə şagirdlər, müəllim və inzibati heyət üçün məsafədən təhsil sisteminə keçid barədə qərarı elan edir", - paylaşımda qeyd edilib.

Nazirlik əlavə edib ki, bu tədbir şagirdlərin və təhsil sahəsi işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunub.

Rejimin uzadılmasına ehtiyac olub-olmadığını müəyyən etmək üçün vəziyyətin təkrar qiymətləndirilməsi mayın 8-də aparılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR