Nüvə qalmaqalı: Tramp "razıyıq" deyir, İran rədd edir

Nüvə qalmaqalı: Tramp "razıyıq" deyir, İran rədd edir
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranla nüvə materiallarının çıxarılması ilə bağlı razılığın əldə oluna biləcəyini iddia edib. 

 

Sfera.az xəbər verir ki, o, “Reuters” agentliyinə müsahibəsində bildirib ki, Vaşinqton və Tehran radioaktiv materialların ölkədən “tələsmədən və rahat şəkildə” çıxarılması istiqamətində birgə işləyə bilər.

 

Lakin İranın Xarici İşlər Nazirliyi bu iddiaları qəti şəkildə təkzib edib. Nazirliyin sözçüsü İsmayil Bəqai vurğulayıb ki, İranın zənginləşdirilmiş uranı heç bir yerə köçürülməyəcək və bu mövzuda hər hansı razılaşma mövcud deyil.

 

Tehran rəsmiləri həmçinin Trampın İranın nüvə proqramının qeyri-məhdud müddətə dayandırılması ilə bağlı fikirlərini də əsassız adlandırıb. Yüksək rütbəli iranlı diplomatların sözlərinə görə, tərəflər arasında, xüsusilə zənginləşdirilmiş uranın taleyi ilə bağlı ciddi fikir ayrılıqları qalmaqdadır.

 

Buna baxmayaraq, Tramp sazişin yaxın olduğunu bildirərək, sənədin bir-iki gün ərzində imzalana biləcəyini qeyd edib.

 

Hazırkı vəziyyət göstərir ki, tərəflər arasında danışıqlar davam etsə də, əsas məsələlər üzrə konsensus hələ də əldə olunmayıb.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ