Ramzan Kadırovun 18 yaşlı qızı ərə getdi - ilk müsahibə
Dünya
23:13 / 14.04.2017
3672
Çeçenistan rəhbəri Ramzan Kadırovun 18 yaşlı qızı Ayşat ilk dəfə böyük müsahibə verib.
Axşam.az-ın məlumatına görə, "Tatler"in redaktoru Kseniya Solovyeva ilə söhbətində gənc qız ərə getməsi, müsəlman dəbi və atası barədə danışıb. Onun ərə getməsi indiyə qədər mediaya gizli imiş.
Ayşat bildirib ki, ərinin 19 yaşı var. O, R.Kadırovun döyüşlərdə həlak olan dostu və sinif yoldaşının oğludur. Ayşat və əri toydan sadəcə iki həftə əvvəl tanış olublar. Kəbindən sonra isə Kadırovun iqamətgahından beş dəqiqəlik məsafədə yerləşən xüsusi evə köçüblər.
Ayşat çeçen qızlarının kişilərlə münasibəti barədə deyib:
"Qadınlar ərlərinin məsləhəti ilə, ancaq öz istədikləri yolu seçilər. Kişilər təhsil almağı qadağan etmir. Bizim qadınlar arasında şair, dövlət xanımı, həkim, jurnalist var. Əsas odur ki, dinə əməl etsin. Dinə əməl edərsə, o, mükəmməl qadın və ana olacaq. Ona görə də bizdə boşanmalar azdır".
Son zamanlar müsəlman geyimlərinin dəfiləsini təşkil edən və geyimləri özü hazırlayan qız bu haqda da danışıb:
"Müsəlman geyimi - bu, ənənədir, gözəllik və təvazökarlıqdır. Mən geyimləri hazırlamaq üçün anamın və nənəmin arxıv fotolarına da çox baxmışam".
Ayşat atası R.Kadırov haqda düşüncələrini də bölüşüb. O, bildirib ki, atası onu bütün işlərində dəstəkləyir.