Logo

Tramp İsrailə haqq qazandırdı

Tramp İsrailə haqq qazandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ prezidenti Donald Tramp deyib ki, İsrailin Livana zərbələrinin dayandırılması şiə "Hizbullah" hərəkatı səbəbindən İranla atəşkəs razılaşmasına daxil edilməyib.

Sfera.az  xəbər verir ki, bununla da ABŞ lideri İsrailin Livana qarşı əməliyyatlarına haqq qazandırmış olub.

Tramp bir daha təkrarlayıb ki, "Hizbullah"a görə Livan müqaviləyə daxil edilməyib. “Buna da diqqət yetiriləcək. Hər şey qaydasındadır”, - deyə Tramp Tel-Əvivin qonşusunu niyə vurmağa davam etdiyini soruşan PBS müxbirinə müsahibəsində bildirib.

İsrailin İrana zərbələri barədə sualı cavablandıran Amerika lideri onları “təcrid olunmuş dava” adlandırıb və müxbirə “daha sürətli danışmağı” tövsiyə edib. “Bu, sövdələşmənin bir hissəsidir - bunu hamı bilir. Bu, təcrid olunmuş mübahisədir. Yaxşı? Daha sürətli danışmalısınız", - Tramp deyib./musavat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR