ABŞ-ın NATO-dakı üzvlüyü dondurula bilər - Puşkov

ABŞ-ın NATO-dakı üzvlüyü dondurula bilər - Puşkov
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampla AB ölkələri arasında fikir ayrılığının səviyyəsi o qədər böyükdür ki, Vaşinqtonun NATO-da iştirakının dondurulması mümkündür.

 

Sfera.az xəbər verir, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

 

Puşkovun fikrincə, bəzən dünya siyasətində inanılmaz görünən, lakin əslində dərin səbəblərin birləşməsinə əsaslanan hadisələr baş verir:

 

"ABŞ-ın NATO-dan çıxması belə inanılmaz olaylardan biridir. Bu nəticəyə Tramp və AB ölkələri arasında siyasi, ideoloji, iqtisadi və dəyər fərqləri təkan verir. Tam çıxış olmasa, o zaman ABŞ-ın NATO-da iştirakının dondurulması və alyansın maliyyələşdirilməsinin dayandırılması qeyri-mümkün zonadan mümkün zonaya keçir"./axar.az

PAYLAŞ