Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması ilə bağlı təfərrüatlar məlum oldu

Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması ilə bağlı təfərrüatlar məlum oldu
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, Kolumbiyada hərbi personalı daşıyan təyyarə qəzaya uğrayıb.

 

Sfera.az xəbər verir ki, Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə Puerto Leguisamoda qəzaya uğrayıb. İlkin məlumatda dəqiq ölənlərin sayı məlum olmasa da, ilkin hesablamalara görə, təyyarədə olan 110 nəfərin hamısının həlak oduğu güman edilir. Mediada onlarla itki olduğu bildirilir.
Qeyd edək ki, Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus “Herkules” təyyarəsi ötən gün ölkənin cənubundakı Putumayo departamentindəki Puerto Leguisamo hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

 

Müdafiə naziri əlavə edib ki, hərbi hissələr artıq qəza yerindədir və qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparılır.

 

Nazir əlavə edib ki, qurbanların dəqiq sayı və qəzanın səbəbi hələ müəyyən edilməyib.


Bir neçə media orqanı artıq qəzada ən azı 90 hərbçinin öldüyünü, digərlərinin isə itkin olduğunu bildirsə də, hələ də rəsmi təsdiq yoxdur.

 

"Bu, əsl "barıt çəlləyi" idi. 

 

Kolumbiyalı bloqqer və jurnalist Melquizedek Torres qeyd edib ki, hərbi ekspertlər təyyarənin üzərində 20.000-35.000 arasında patron olduğunu və bunun da təyyarə qəzası zamanı böyük partlayışa səbəb olduğunu bildirirlər.

 

Sosial mediada qəza yerindən qalxan böyük bir tüstü buludu və səpələnmiş təyyarə qalıqları, eləcə də hərbi personalın və yerli sakinlərin xilasetmə işlərinə kömək etmək üçün əraziyə yaxınlaşdığı videolar yayılır.

 

Kolumbiya prezidenti Qustavo Petro öz növbəsində hadisə ilə bağlı təəssüfünü bildirib. 

 

O, sosial media hesabında: "Ümid edirəm ki, bu dəhşətli qəzada heç bir itki olmayacaq, bu baş verməməli idi"-deyə paylaşıb. 

 

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri tərəfindən də istifadə edilən “C-130 Hercules” təyyarəsi qoşun və hərbi texnikanın daşınması üçün dünyada ən çox yayılmış modellərdən biridir, silah və sursatla birlikdə təxminən 100 sərnişini qəbul edə bilir.

 

Aynil

Sfera.az

PAYLAŞ