İsrail Trampa təzyiq edir: Müharibənin dayandırılması…

İsrail Trampa təzyiq edir: Müharibənin dayandırılması...
Kateqoriya məlum deyil
T

İsrail daxilindən gözlənilən rəsmi cavabın əvəzinə, ordudan yalnız İrana qarşı daha bir hücum dalğasının başladığına dair açıqlama gəlib. 

 

Sfera.az “Al Jazeera” nəşrinə istinadən xəbər verir ki, bu addım Tel-Əvivin vermək istədiyi əsas mesaj kimi qiymətləndirilir.

 

Məlumata görə, İsrail rəsmiləri müharibənin ikinci həftəsindən bəri baş verən son proseslərdən narazıdır. Onlar hesab edirlər ki, Donald Trampın münaqişəyə erkən son qoymaq cəhdi İran və Hizbullahın xeyrinə nəticələnə bilər.

 

İsrail mediasının yaydığı məlumata əsasən, adı açıqlanmayan mənbələr ölkənin yayım orqanına bildiriblər ki, Hörmüz boğazında vəziyyətin nəzarətdə saxlanıldığı bir vaxtda İranda hərbi əməliyyatların dayandırılması İsrail üçün “strateji təslim” anlamına gələ bilər.

 

Mənbələrin fikrincə, İsrail hazırda Donald Trampı müharibənin davam etdirilməsinin zəruriliyinə inandırmağa çalışır. Bu fonda yaxın saatlarda və ya günlərdə İsraildən daha sərt və ciddi reaksiyanın gələcəyi gözlənilir.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ