Körfəzdə gərginlik artır: Səudiyyə və BƏƏ-də hücum siqnalı

Körfəzdə gərginlik artır: Səudiyyə və BƏƏ-də hücum siqnalı
Kateqoriya məlum deyil
T

Körfəz regionunda hərbi gərginlik sürətlə artır. 

 

Sfera.az “Al Jazeera” nəşrinə istinadən xəbər verir ki, qısa müddət əvvəl Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi pilotsuz uçuş aparatının ələ keçirildiyini açıqlayıb. Bir neçə saat öncə isə Birləşmiş Ərəb Əmirlikləri İrandan gələn raket təhdidlərinə cavab olaraq vətəndaşlara təhlükəsiz yerlərdə qalmağı tövsiyə edib.

 

Məlumata görə, Səudiyyə Ərəbistanı bu səhər bir neçə ballistik raketi havada zərərsizləşdirib. Bildirilib ki, raketlərdən biri əsasən İranın neft obyektlərinin yerləşdiyi şərq əyalətinə yönəlib, lakin yaşayış olmayan ərazidə vurulub.

 

BƏƏ-nin paytaxtı Əbu-Dabidə isə ələ keçirilən pilotsuz təyyarənin qalıqlarının yerə düşməsi nəticəsində bir nəfərin yaralandığı qeyd olunur.

 

Qətərdə isə vəziyyət daha da narahatlıq doğurur. Ölkə sakinləri yeddi nəfərlik ekipaj üzvünün həlak olduğu vertolyot qəzası xəbəri ilə oyanıblar. Hadisənin regionda davam edən gərginlik fonunda baş verməsi müharibə riskinin daha da artdığı ilə bağlı narahatlıqları gücləndirib.

 

Qeyd edək ki, bu tip xəbərdarlıqlar və hücum cəhdləri Körfəz Əməkdaşlıq Şurası ölkələri üçün yeni deyil. Lakin son hadisələr bölgədə təhlükəsizlik vəziyyətinin daha da həssas mərhələyə keçdiyini göstərir.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ