İİKK: ABŞ-nin istənilən hücumuna cavab veriləcək

İİKK: ABŞ-nin istənilən hücumuna cavab veriləcək
Kateqoriya məlum deyil
T

İran Silahlı Qüvvələri ABŞ-dən gələn istənilən hücum və ya təhdidə simmetrik şəkildə cavab verəcəyini bəyan edib. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran ordusunun elit bölməsi sayılan İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) açıqlama yayıb.

 

İİKK-nin bəyanatında bildirilib ki, Tehran hər hansı təzyiq və ya hərbi təhdid qarşısında geri çəkilmək niyyətində deyil. “Biz istənilən təhdidə qarşısıalınmaz balans yaradan səviyyədə cavab verməyə qərarlıyıq. ABŞ bizim imkanlarımızdan xəbərsizdir, amma bizi mütləq döyüş meydanında görəcəklər”,-deyə Fars xəbər agentliyi korpusun açıqlamasından sitat gətirib.

 

Xatırladaq ki, 28 fevral tarixində ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayıb. Məlumata görə, Tehran da daxil olmaqla, İranın ən böyük şəhərləri hədəfə alınıb. Bunun fonunda İİKK İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan etdiyini açıqlayıb. Regionda gərginliyin daha da artdığı qeyd olunur. İran tərəfinin bu sərt bəyanatı Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin daha da kəskinləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ