Tramp: "İrandan sonra ən böyük düşməniz onlardır"

Kateqoriya məlum deyil
T
ABŞ Prezidenti Donald Tramp Demokrat Partiyasını İrandan sonra ölkənin ən böyük düşməni adlandırıb.
Sfera.az xəbər verir ki, o, bunu sosial media hesabı TruthSocial -da yazıb .
Tramp yazıb: "İndi İrandan sonra Amerikanın ən böyük düşməni son dərəcə səriştəsiz, solçu Demokrat Partiyasıdır!"
Xatırladaq ki, 2026-cı ilin əvvəlində Tramp Demokrat Partiyasının nümayəndələrinin impiçment cəhdi ilə bağlı proqnoz vermişdi. O, Respublikaçıların 2026-cı il ABŞ Konqres seçkilərində məğlub olması halında belə bir ssenarinin mümkün olacağını bildirmişdi.
Daha əvvəl Demokrat ABŞ Konqresmeni Kori Buker Prezident Donald Trampın "nizamsız və axmaq hərəkətləri" nə qarşı qəzəbini ifadə etmişdi. O, xüsusilə Yaxın Şərqdəki vəziyyət barədə danışmışdı.
İnci
