Tramp xanım nazirin adını unutdub belə çağırdı

ABŞ Prezidenti Donald Tramp növbəti diplomatik narahatlıq yaradan məqamla gündəmə gəlib.
Sfera.az xəbər verir ki, o, Yaponiyanın baş naziri Sanae Takaçinin adını xatırlaya bilmədiyi üçün onu “Pörl Harbora hücum xanımı” kimi təqdim edib. Hadisə sosial şəbəkələrdə qarışıq reaksiyalara səbəb olub. Tənqidçilər bu ifadənin düzgünlüyünü və diplomatik baxımdan uyğun olub-olmadığını sual altına alıblar. Digər tərəfdən, bəzi tərəfdarlar isə Trampın bu cür ifadələrini onun “özünəməxsus tarixi istinadları” kimi qiymətləndiriblər.
Xatırladaq ki, Pörl-Harbora hücum, yapon mənbələrində Havay əməliyyatı — Yaponiya İmperiyası silahlı qüvvələrinin Havay adaları qrupuna daxil olan Oahu adasında yerləşən ABŞ Sakit Okean Donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına 7 dekabr 1941-ci il tarixli gözlənilməz hücumudur.
Hücumun məqsədi ABŞ donanmasından gələn potensial təhlükəni aradan qaldırmaq və Yaponiya ordusuna bölgədə Böyük Britaniyaya və Niderlanda qarşı əməliyyatlarda fəaliyyət sərbəstliyi qazandırmaq idi. Hücum nəticəsində ABŞ-nin 12 döyüş gəmisi ciddi şəkildə zədələndi və ya batırıldı, 188 qırıcı təyyarəsi məhv edildi, 2403 ABŞ əsgəri və 68 mülki vətəndaş öldü. Buna baxmayaraq, Sakit Okean Donanmasının üç təyyarə daşıyıcı gəmisi, əsas tankerlər, sualtı qayıqlar və bazanın zavod gəmiləri limanda deyildi və heç biri zərər görmədi.
Niyaz Hacıyev
Sfera.az
