Quttereş: "Hörmüzdə təhlükəsizliyə töhfə verə bilərik"

BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, qlobal təşkilat Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına töhfə verə bilər.
Sfera.az xəbər verir ki, o, bu barədə Avropanın “Politico” nəşrinə müsahibəsində danışıb. Quterreş bildirib ki, bu məsələni qiymətləndirərkən əvvəllər həyata keçirilmiş Qara dəniz taxıl təşəbbüsü təcrübəsi nəzərdən keçirilir. Onun sözlərinə görə, əsas məqsəd Hörmüz boğazında oxşar mexanizmin yaradılmasının mümkün olub-olmadığını müəyyən etməkdir.
“Əlbəttə, kontekst fərqlidir və həll yolu da fərqli olmalıdır. Bununla belə, biz kömək etmək istəyirik və sistemə nəzarəti öz üzərimizə götürməyə hazırıq. Bu məqsədlə xüsusi işçi qruplarımız fəaliyyət göstərir. Eyni zamanda, biz birbaşa ABŞ və digər ölkələrlə əməkdaşlığa üstünlük veririk”, – deyə baş katib vurğulayıb.
Niyaz Hacıyev
Sfera.az
