Cənubi Koreya Hörmüzün bağlanmasına etiraz etdi

Cənubi Koreya Hörmüzün bağlanmasına etiraz etdi
Kateqoriya məlum deyil
T

Cənubi Koreya Hörmüz boğazının bağlanmasını pisləyən ölkələr sırasına qoşulub.

 

Sfera.az “Al Jazeera” nəşrinə istinadən xəbər verir ki, Seul enerji bazarlarında sabitliyin qorunması üçün boğazda təhlükəsizliyin bərpasına çağırış edən bir sıra Avropa ölkələri və Yaponiya ilə eyni mövqe nümayiş etdirib. Cənubi Koreya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, bu qərar beynəlxalq su yollarının təhlükəsizliyi və naviqasiya azadlığı ilə bağlı ölkənin prinsipial mövqeyini əks etdirir. Nazirlik vurğulayıb ki, Hörmüz boğazında yaranan fasilələr Cənubi Koreyanın enerji təchizatına və iqtisadiyyatına birbaşa təsir göstərir.

 

Yonhap Xəbər Agentliyinin məlumatına görə, rəsmi Seul birgə liderlər bəyanatına qoşulmaqla Hörmüz boğazında təhlükəsiz və sərbəst gəmiçiliyin təmin olunmasına yönəlmiş beynəlxalq səylərə dəstəyini bir daha nümayiş etdirib. Qeyd edək ki, İran qüvvələri tərəfindən Hörmüz boğazının faktiki bağlanması son günlər dünya enerji bazarlarında qiymətlərin kəskin artmasına səbəb olub. Təchizat zəncirində yaranan risklər isə qlobal iqtisadi yavaşlama ilə bağlı narahatlıqları daha da gücləndirib.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ