KİV: ABŞ-nin İrandakı əməliyyatı İraqa hücum xərcini aşacaq

KİV: ABŞ-nin İrandakı əməliyyatı İraqa hücum xərcini aşacaq
Kateqoriya məlum deyil
T

Vaşinqtonun İrana qarşı daha bir neçə həftəlik hava əməliyyatları Corc Buş administrasiyasının İraq kampaniyası dövründə illik xərclədiyindən daha baha başa gələcək.

 

Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" yazıb.


Pentaqon daha əvvəl ABŞ Konqresindən İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi üçün əlavə maliyyələşdirmə istəyib. 

 

Newsweek-in məlumatına görə, cəmi həftəlik hava əməliyyatları və sursatın artırılmasını əhatə edən 200 milyard dollarlıq tələb artıq Buşun İraqda hərbi əməliyyatların zirvəsində 170.000 əsgərin yerləşdirilməsi ilə illik xərclədiyi məbləğdən çoxdur.

 

Jurnal qeyd edir ki, Buş İraq kampaniyasının ilkin xərclərini ödəmək üçün Konqresdən 74,7 milyard dollar istəyib və inflyasiya nəzərə alınmaqla bu gün təxminən 133 milyard dollar dəyərində olacaq.

 

"Newsweek" qeyd edir ki, Buşun 74,7 milyard dolları 150.000-dən çox əsgərin iştirak etdiyi təxminən beş aylıq quru əməliyyatlarını maliyyələşdirmək üçün nəzərdə tutulmuşdu. İraq müharibəsinin ümumi dəyəri 2-3 trilyon dollar təşkil edib.

 

Media qurumu yekun olaraq bildirir ki, Amerika Birləşmiş Ştatları İraqda etdiyi kimi minlərlə əsgərin qidalanması və mənzil təminatı üçün böyük məbləğdə xərclərdən yayınsa da, bu xərcləri daha yüksək texnologiyalı müharibə xərcləri ilə əvəz edib.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ