Rusiya Bankı əsas faiz dərəcəsini 15%-ə endirib

Rusiya Bankı ilin əvvəlindən bəri ikinci dəfə əsas faiz dərəcəsini 0,5 faiz bəndi azaldaraq illik 15%-ə endirib və qarşıdakı iclaslarda qərar qəbul edərkən həm daxili, həm də xarici riskləri qiymətləndirəcəyini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə tənzimləyicinin Direktorlar Şurasının iclasından sonra yaydığı mətbuat açıqlamasında bildirilib.
"20 mart 2026-cı ildə Rusiya Bankının Direktorlar Şurası əsas faiz dərəcəsini 50 bazis bəndi ilə illik 15,00%-ə endirmək qərarına gəldi. İqtisadiyyat balanslaşdırılmış artım yoluna yaxınlaşır. Fevral ayında qiymət artımı yanvar ayında müvəqqəti sürətlənmədən sonra proqnozlaşdırıla bilən şəkildə yavaşladı. Rusiya Bankı cari qiymət artımının əsas ölçülərinin illik ifadədə 4-5% diapazonunda qaldığını təxmin edir. Lakin xarici mühitlə bağlı qeyri-müəyyənlik xeyli artıb", - deyə açıqlamada bildirilir.
Firuzə Əliyeva
Sfera.az
