“Xiaomi” smartfonlarda yeniləmələri dayandırdı

"Xiaomi" smartfonlarda yeniləmələri dayandırdı
Kateqoriya məlum deyil
T

Çin texnologiya nəhəngi “Xiaomi”, “Xiaomi 12”seriyası da daxil olmaqla dörd smartfon modeli üçün yazılım və təhlükəsizlik güncəlləməsi dəstəyini dayandırıb.

 

Sfera.az xəbər verir ki, şirkətin təhlükəsizlik mərkəzinin məlumatına görə, “Xiaomi 12” seriyası və “Redmi Note 12 5G” modelləri artıq heç bir OTA güncəlləməsi və təhlükəsizlik yaması almayacaq.

 

Həmin siyahıya bu cihazlar da daxildir:

 

“Xiaomi 12” və “Xiaomi 12 Pro” – HyperOS 3.0 ilə son dəstəklənən versiya.

 

Redmi Note 12 5G” – HyperOS 2.0 ilə son dəstəklənən versiya.

 

“Xiaomi 12 Lite” – HyperOS 1.0 ilə son dəstəklənən versiya.

 

Şirkət bildirib ki, qərarın əsas səbəbi cihazların yaşı deyil, yüksək enerji sərfiyyatı və aşağı istilik effektivliyi olan prosessorların yeni “HyperOS” ekosistemində aşırı istilik və performans itkisinə səbəb ola bilməsidir.

 

Mütəxəssislər xəbərdarlıq ediblər ki, dəstək bitmiş cihazlardan istifadə təhlükəsizlik boşluqları səbəbindən risklidir. Təhlükəsiz və sürətli smartfon təcrübəsi üçün istifadəçilər “Xiaomi 15” və ya POCO modellərinə keçməlidir.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ