Rusiya prezidenti müsəlmanları təbrik etdi

Rusiya prezidenti müsəlmanları təbrik etdi
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin Ramazan Bayramı münasibətilə mesaj yayımlayıb. Prezident mesajında Rusiyada yaşayan müsəlmanları bayram münasibətilə səmimi qəlbdən təbrik etdiyini bildirib.

 

Sfera.az xəbər verir ki, Putin çıxışında vurğulayıb ki, Rusiyanın müsəlman vətəndaşları öz ata-babalarının tarixi və mənəvi irsinə böyük hörmət göstərir və bayramı həm icmaları, həm də ailələri ilə birlikdə böyük coşqu ilə qeyd edirlər.

 

“Müsəlman təşkilatları ailə institutunun möhkəmləndirilməsi və gənc nəsilin mənəvi dəyərlərlə yetişdirilməsi istiqamətində mühüm işlər görür. Dövlət qurumları və vətəndaş cəmiyyəti ilə qurulan əməkdaşlıq isə vətənpərvərlik ruhunu gücləndirir, təhsildə fərq yaradır və humanitar layihələrin reallaşmasına dəstək olur”, - deyə prezident qeyd edib.

 

Mesajın sonunda Putin Rusiya ordusunda xidmət edən müsəlman hərbçilərin və onların ailələrinin də bayramını təbrik edib:
“Rusiyanın azadlığı və müstəqilliyi üçün çiyin-çiyinə döyüşən qəhrəman hərbçilərə və onların ailələrinə dərin təşəkkürümü bildirirəm”, - deyə o bildirib.

 

Dünya üzrə milyonlarla müsəlman Ramazan Bayramını qeyd etdiyi bir vaxtda, Putin də bayram sevincini paylaşaraq ölkədəki müsəlman icmalarına səmimi təbriklərini çatdırıb.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ