Qətər ABŞ-dən raket istəyir - Ölkənin müdafiəsi çətinləşib

Qətər ABŞ-dən raket istəyir - Ölkənin müdafiəsi çətinləşib
Kateqoriya məlum deyil
T

Qətər ABŞ-dən raket və pilotsuz uçuş aparatları ilə təchiz olunmasını istəyib. 


Sfera.az “The New York Times” mənbələrə istinadən xəbər verir ki, Fars körfəzi ölkələri ABŞ-nin İrana qarşı əməliyyatının başlamasından qısa müddət sonra hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı ilə üzləşiblər.

 

Bildirilir ki, Qətər hakimiyyəti və ABŞ Mərkəzi Komandanlığı  məsələ ilə bağlı şərh verməkdən imtina edib.


Eyni zamanda, Pentaqon katibi Pit Heqset “CBS” telekanalına müsahibəsində ABŞ-nin tam hazır olduğunu və Yaxın Şərqdəki müttəfiqlərinə raket əleyhinə müdafiə vasitələri təqdim etməyi planlaşdırdığını bildirib. O əlavə edib ki, ABŞ-nin arsenalında İrandakı hərbi kampaniya zamanı ehtiyac duyacağından daha çox sursat mövcuddur.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ