Tramp: "Onları çox pis gələcək gözləyir"

Tramp: "Onları çox pis gələcək gözləyir"
Kateqoriya məlum deyil
T

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının üçüncü həftəsinə daxil olduğu bir vaxtda Yaxın Şərqdə gərginlik daha da artır. İranın enerji infrastrukturuna hücumları və region üzrə yeni zərbələr fonunda diplomatik və hərbi təzyiqlər güclənir.

 

Sfera.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərinə xəbərdarlıq edərək bildirib ki, əgər alyans ölkələri Hörmüz boğazında İranın blokadasını aradan qaldırmaq üçün hərbi gəmilər göndərməsə, onları “çox pis gələcək” gözləyir.

 

Tramp həmçinin Si Tsinpin ilə planlaşdırılan görüşü təxirə sala biləcəyini də açıqlayıb. O bildirib ki, Çin də boğazın açılması üçün addım atmalıdır. Ağ Evin məlumatına görə, Trampın Çinə səfəri martın 31-də başlamalı və bu səfər çərçivəsində iki ölkə lideri arasında mühüm sammit keçirilməlidir. Pekin isə Vaşinqtonla bu məsələ ilə bağlı əlaqələrin davam etdiyini bildirib.

 

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyin daha da artmasının qarşısını almağa çağırıb. Bu arada regionda qarşılıqlı hücumlar davam edir. Pilotsuz uçuş aparatının hücumu nəticəsində Dubay Beeynəlxalq Havalimanı yaxınlığında yanğın baş verib və hava limanı qısa müddətə uçuşları dayandırmalı olub. Eyni zamanda, ABŞ və İsrailin intensiv zərbələri nəticəsində Tehranda güclü partlayışlar qeydə alınıb. İsrail Livanda quru əməliyyatına başladı İsrail isə bu gün açıqlama yayaraq Livanın cənubunda İranın dəstəklədiyi Hizbullah qruplaşmasına qarşı “məhdud və hədəfli quru əməliyyatlarına” başladığını bildirib.

 

Münaqişə nəticəsində regionda ölənlərin sayı sürətlə artır. İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, İran ərazisində ABŞ və İsrailin hücumları nəticəsində 1200-dən çox insan həyatını itirib. Livanda azı 850 nəfər, İsraildə isə 13 nəfər ölüb. Bundan əlavə, 13 ABŞ hərbçisi döyüş əməliyyatları zamanı həlak olub. Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, qurum BMT ilə birlikdə Hörmüz boğazı vasitəsilə neft və qaz daşınmasının təmin olunması üçün xüsusi razılaşma üzərində düşünür.

 

Onun sözlərinə görə, bu mexanizm 2022-ci ildə Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində Ukrayna müharibəsi zamanı taxıl ixracının təmin edilməsi üçün əldə olunan razılaşmaya bənzər ola bilər. Kallas əlavə edib ki, Aİ ölkələri həmçinin regionda fəaliyyət göstərən Aspides naval mission missiyasının mandatının dəyişdirilməsini də müzakirə edəcəklər.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ