“Müctəba Xamenei yaralıdır, üzü eybəcər hala düşüb”

"Müctəba Xamenei yaralıdır, üzü eybəcər hala düşüb"
Kateqoriya məlum deyil
T

İranın yeni Ali rəhbəri Müctəba Xamenei ABŞ və İsrailin hücumu zamanı ağır yaralanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset bildirib.

 

“İran lideri yaralanıb və çox güman ki, üzü eybəcər hala düşüb. Niyə yazılı açıqlama verib? Bilirsiniz niyə?”, - o deyib.

 

Heqset İran rejiminin çaşqın və çarəsiz vəziyyətdə olduğunu vurğulayıb: “İran rəhbərliyi çarəsiz vəziyyətdədir və yeraltında gizlənir. Siçovullar da belə edir”./teleqraf

PAYLAŞ