Tramp İranla müharibənin bitmə vaxtını açıqladı

Tramp İranla müharibənin bitmə vaxtını açıqladı
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin bitmə vaxtının onun öz mühakiməsindən asılı olduğunu bildirib.

 

Sfera.az bildirir ki, Tramp İranla münaqişənin gözlənildiyi qədər davam edə bilməyəcəyini desə də, müharibənin konkret bitmə tarixini açıqlamayıb.

 

Tramp ABŞ və İsrailin hərbi əməliyyatlarının planlaşdırılandan daha sürətli davam etdiyini bildirib.

 

Tramp müsahibəsində müharibənin nə vaxt bitəcəyi barədə suala: "Müharibənin bitdiyini sümüklərimə qədər hiss etdiyim zaman bitəcək” -deyə cavab verib.

 

Qeyd edək ki, ABŞ və İsrail 28 fevraldan bəri İranın hərbi obyektlərini və digər ərazilərini hədəf alan hərbi əməliyyatları davam etdirir.

PAYLAŞ