Şahın oğluna qarşı pankart qaldırdılar

ABŞ-nin İrana qarşı hücumlarının davam etdiyi bir vaxtda keçmiş şahın oğlu Rza Pəhləvi yenidən hakimiyyətə qayıtmaq ümidini qoruyub saxlayır. Lakin İranda keçirilən son mitinqdə bəzi etirazçılar onun əleyhinə pankart qaldırıblar.
Sfera.az xəbər verir ki, ölkədə Fələstinlilərə dəstək məqsədilə təşkil olunan mitinq zamanı nümayişçilər Rza Pəhləvi haqqında “Xəyalpərəst axmaq” yazılmış pankart nümayiş etdiriblər.
Bununla da onlar şah ailəsinin nümayəndəsinin yenidən ölkəyə qayıtmasına qarşı olduqlarını göstəriblər. Bildirilib ki, keçmiş şahın oğlu sosial şəbəkələrdə etdiyi açıqlamalarla hakimiyyətə qayıtmaq istədiyini tez-tez vurğulayıb. O, bu istiqamətdə ABŞ və İsraillə yaxın münasibətlərə ümid edir. Xüsusilə ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu ilə münasibətləri tez-tez müzakirə mövzusu olur.
Bəsti Rəfizadə
Sfera.az
