Tramp uzunmüddətli hərbi əməliyyat anonsunu verdi

Tramp uzunmüddətli hərbi əməliyyat anonsunu verdi
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə gərginlik davam etdiyi bir vaxtda Donald Tramp yeni açıqlama verib.

 

ABŞ prezidenti bildirib ki, ölkəsinin hərbi imkanları genişdir və uzunmüddətli əməliyyatlar aparmaq gücünə malikdir.

 

Sfera.az xəbər verir ki, ABŞ, İsrail və İran arasında davam edən qarşıdurma fonunda danışan Tramp Vaşinqtonun geri çəkilmək niyyətində olmadığını vurğulayıb. Trampın sözlərinə görə, ABŞ ordusu regionda müttəfiqlərini qorumaq və təhlükəsizliyi təmin etmək üçün bütün imkanlarını səfərbər edib. O əlavə edib ki, Vaşinqton yaranan vəziyyətə uyğun olaraq hərbi və siyasi addımlar atmağa hazırdır.

 

Qeyd edək ki, son günlər Yaxın Şərqdə gərginlik artıb və ABŞ ilə İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar regionda vəziyyəti daha da mürəkkəbləşdirib.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ