Tramp: "Daha bununla maraqlanmıram"

Kateqoriya məlum deyil
T
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatı mövzusuna artıq maraq göstərmədiyini bildirib.
Sfera.az xəbər verir ki, o, bu barədə “Washington Examiner” qəzetinə müsahibəsində danışıb. Trampdan xarici liderlərlə son görüşlərində Nobel Sülh Mükafatını almaq məsələsini müzakirə edib-etmədiyi soruşulduqda, o belə cavab verib: “Bilmirəm. Mən bununla maraqlanmıram. Xeyr, mən Nobel mükafatından danışmıram”.
Regionda gərginlik davam etdiyi bir vaxtda Trampın Nobel Sülh Mükafatı mövzusundan uzaq durmaq istədiyini deməsi diqqət çəkib.
Bəsti Rəfizadə
Sfera.az
