"Tramp da müharibədə döyüşsün"

Keçmiş Fransa futbolçusu və “Mançester Yunayted” klubunun əfsanəsi Erik Kantona müharibə qərarları verən siyasi liderləri sərt tənqid edib.
Sfera.az xəbər verir ki, Kantona xüsusilə ABŞ Prezidenti Donald Trampın dövründə baş verən ABŞ-İran gərginliyi ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, müharibə qərarlarını verən liderlər cəbhəyə getmədiyi halda, bu qərarların nəticələrini əsasən gənclər yaşayır. Kantona siyasi liderlərin təhlükəsiz ofislərdə oturaraq müharibə qərarları verdiyini, lakin cəbhəyə göndərilənlərin əsasən gənc insanlar olduğunu vurğulayıb.
Fransız futbol əfsanəsi vəziyyəti tənqid edərək belə deyib:
“Əgər prezident müharibəyə qərar verirsə, cəbhəyə göndərilən ilk şəxs də o olmalıdır”.
59 yaşlı sabiq futbolçu qeyd edib ki, müharibələrin bədəlini çox vaxt 18 yaşlı gənclər ödəyir. Onun sözlərinə görə, müharibə qərarları çox zaman müharibənin real nəticələrindən uzaq mühitlərdə qəbul edilir. Kantona hesab edir ki, əgər siyasi liderlər özləri cəbhəyə getməli olsaydılar dünyada müharibələrin sayı daha az olardı. “O zaman müharibələr daha az olardı”, – deyə o əlavə edib. Keçmiş futbolçu həmçinin bildirib ki, müharibələr yalnız əsgərlərə deyil mülki şəxslərə və uşaqlara da ağır təsir göstərir. O qeyd edib ki, heç vaxt öz övladlarının müharibəyə getməsini istəməzdi.
Qeyd edək ki, Erik Kantona Fələstini dəstəkləməsi ilə də tanınır. O, daha əvvəl sosial mediada İsrail işğalı altında olan Beytləhmdəki Aida qaçqın düşərgəsinə aid “Lajee Celtic Club” komandasının formasını geyindiyi şəkli paylaşıb.
Mənsumə
Sfera.az
