Ukraynaya təklif: Daha 2 il döyüşün

Avropa ölkələri Ukraynaya hərbi əməliyyatları daha bir müddət davam etdirməyi təklif edib.
Sfera.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” qəzeti məlumat yayıb.
Məlumata görə, Avropa tərəfi Kiyevə hərbi əməliyyatları daha bir il yarımdan iki ilə qədər davam etdirməyi və bu müddət ərzində Ukraynaya maliyyə dəstəyi göstərməyi təklif edib. Mənbənin sözlərinə görə, Avropa ölkələri Ukrayna rəhbərliyinə “daha bir müddət mübarizə aparın, sizə maliyyə verəcəyik” mesajını çatdırıb.
Nəşr yazıb ki, bu təsirin fonunda Ukrayna Prezidenti Volodimir Zelenski siyasi rəhbərliyə ölkədə bir neçə il seçkilərin keçirilməməsi ssenarisini hazırlamağı tapşırıb. Söhbət belə vəziyyətdə Ukrayna Ali Radasının necə fəaliyyət göstərəcəyi ilə bağlı mümkün variantların hazırlanmasından gedir.
Qeyd olunub ki, parlamentdə əvvəlcə müharibənin danışıqlar yolu ilə həll ediləcəyi və bunun ardınca erkən seçkilərin keçiriləcəyi ilə bağlı ümidlər böyük idi. Lakin İran ətrafında yaranan silahlı qarşıdurma və beynəlxalq gərginlik səbəbindən Ukrayna-ABŞ-Rusiya arasında mümkün danışıqlar prosesi faktiki olaraq dayanıb.
Bəsti Rəfizadə
Sfera.az
