Kadırov İran müharibəsindən ilk dəfə danışdı

Kadırov İran müharibəsindən ilk dəfə danışdı
Kateqoriya məlum deyil
T

Çeçenistan lideri ABŞ və İsrailin Ramazan ayında İrana qarşı edilən hücum “bütün İslam dünyasında parçalanma yaratmaq cəhdi” kimi qiymətləndirdi

 

Ramzan Kadırov ilk dəfə İran ətrafında yaranmış hərbi-siyasi gərginlik barədə danışıb.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Çeçenistan rəhbəri Körfəz ölkələrindəki mülki obyektlərə endirilən zərbələri tənqid edib və mülki əhalinin təhlükəsizliyinin təmin olunmasına çağırıb.

 

Kadırov bildirib ki, ABŞ və İsrail tərəfindən müqəddəs Ramazan ayında İrana qarşı edilən hücum “bütün İslam dünyasında parçalanma yaratmaq cəhdi” kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, İranın ABŞ hərbi bazalarına zərbəsi “düşmənə gözlənilən cavab” idi. 

 

Bununla yanaşı, Kadırov vurğulayıb ki, üçüncü ölkələrin mülki infrastrukturlarına zərbələr və dinc insanların ölümü heç bir halda qəbul edilə bilməz. O qeyd edib ki, hücumlar nəticəsində Yaxın Şərqdə, o cümlədən Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ərazisində mülki şəxslər zərər görüb.

 

Çeçenistan rəhbərinin sözlərinə görə, BƏƏ regionun ən sabit və təhlükəsiz ölkələrindən biridir və qonşularına qarşı hərbi iddiaları olmayıb. Buna baxmayaraq, mülki obyektlərə zərbələr və insan itkiləri fonunda ölkə öz vətəndaşlarını qorumaq üçün ciddi addımlar atmağa məcburdur.

 

Kadırov əlavə edib ki, ilin əvvəlində ona Səudiyyə Ərəbistan, Qatar, Bəhreyn və bir sıra digər ölkələrin səfirləri ilə geniş görüş keçirmək təklifi olunub. Lakin həmin görüşdə BƏƏ səfiri iştirak etmədiyi üçün o, formatın genişləndirilməsini və bu ölkənin nümayəndəsinin də iştirakını tələb edib. Onun fikrincə, region xalqlarını tarix, din, mədəniyyət və iqtisadi əlaqələr birləşdirir və dialoq qorunmalıdır.

PAYLAŞ