Trampdan müttəfiqlərinə maraqlı hədiyyə -FOTO

ABŞ-də diqqət çəkən siyasi jest müzakirələrə səbəb olub. Məlumata görə, Donald Tramp öz siyasi müttəfiqlərinə hədiyyə olaraq klassik ayaqqabılar almağa başlayıb.
Sfera.az xəbər verir ki, Tramp müttəfiqləri üçün təxminən 145 dollar dəyərində “Florsheim” markalı klassik ayaqqabılar sifariş edib. Bu addımın onun ətrafındakı şəxslər arasında sədaqət və birlik ruhunu gücləndirmək üçün zarafatcıl və qeyri-rəsmi jest kimi edildiyi qeyd olunub. Məlumatlara görə, ABŞ senatoru Marko Rubio üçün sifariş edilən ayaqqabıların ölçüsü Tramp tərəfindən təxmin edilib. Lakin yayılan görüntülərdə senatorun ayaqqabılarının bir qədər böyük olduğu diqqət çəkib.
Qeyd olunbr ki, Tramp bu cür hədiyyələr vasitəsilə öz siyasi çevrəsində münasibətləri möhkəmləndirməyə və müttəfiqləri ilə daha yaxın əlaqələr qurmağa çalışır.
Bəsti Rəfizadə
Sfera.az

