Tramp və Epşteynə heykəl qoyuldu

Tramp və Epşteynə heykəl qoyuldu
Kateqoriya məlum deyil
T

ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən parklardan birində ABŞ prezidenti Donald Tramp və maliyyəçi Cefri Epşteyni təsvir edən heykəl quraşdırılıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, fotoşəkillərin yayılması ictimai müzakirələrə səbəb olub və Trampa qarşı tənqidlərin artdığı qeyd edilib. Məlumata görə, parkda quraşdırılan heykəl anonim sənətçi “Secret Handshake” tərəfindən hazırlanıb.

 

Layihə iki şəxs arasında keçmişdə mövcud olmuş münasibətlərə diqqət çəkmək məqsədi daşıyır.

 

Heykəl məşhur “Titanic” filmindən ilhamlanaraq hazırlanıb. “Dünyanın Kralı” adı ilə təqdim edilən instalyasiyada Tramp və Epşteyn Titanik gəmisinin burnunda dayanmış kimi təsvir olunublar.

 

Görüntüdə Epşteynin qollarını iki yana açdığı, Trampın isə onun arxasında dayanaraq onu tutduğu göstərilir.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ