İrandan cavab zərbəsi

İrandan cavab zərbəsi
Kateqoriya məlum deyil
T

İran yeni cavab zərbələri dalğasın başlatdı11 Mart 2026 08:00

 

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), İsrailə və ABŞ-ın hərbi bazalarına qarşı raket və pilotsuz uçuş aparatları (PUA) ilə 36-cı cavab zərbələri dalğasına başladığını elan edib.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı İranın dövlət teleradio şirkəti yayıb.

 

““Doğru Vəd — 4” əməliyyatının 36-cı mərhələsi işğal olunmuş ərazilərdəki hədəflərə və ABŞ-ın terrorçu ordusunun bazalarına qarşı həyata keçirilib”, - SEPAH-ın bəyanatında deyilir.

 

Məlumata görə, hücumlar zamanı "Qadr", "Emad" və "Xeybər Şekan" raketləri, həmçinin PUA-lardan istifadə edilməklə kombinə edilmiş zərbələr endirilib.

 

Martın 9-da isə SEPAH əməliyyatın 31-ci seriyasını silahlı qüvvələrin yeni ali baş komandanı ayətullah Müctəba Xameneiyə həsr etmişdi. Həmin hücumlar zamanı İsrail və Amerika bazalarına qarşı güclü, ifrat ağır raketlər tətbiq olunmuşdu.

PAYLAŞ