ABŞ-nin Hörmüz şərti: "Gəmilər keçə bilməsə..."

ABŞ-nin Hörmüz şərti: "Gəmilər keçə bilməsə..."
Kateqoriya məlum deyil
T

ABŞ, Hörmüz boğazından keçən tankerləri və digər gəmiləri müşayiət etmək üçün əməliyyatların həyata keçirilməsi zərurəti yaranarsa, İrana qarşı hərbi əməliyyatları genişləndirməyi planlaşdırmır.


Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.


Nazir qeyd edib ki, ABŞ-nin belə vəziyyətlərə cavab vermək üçün geniş imkanları mövcuddur. Onun sözlərinə görə, Vaşinqton bu məsələ ilə bağlı enerji tərəfdaşları ilə bütün inzibati səviyyələrdə sıx əməkdaşlıq edir.


“Biz dünyada heç bir ölkənin malik olmadığı imkanlara sahibik və vəziyyəti nəzarət altına almaq üçün enerji tərəfdaşlarımızla birlikdə çalışırıq”, – deyə Heqset vurğulayıb. O, həmçinin əlavə edib ki, ABŞ hazırkı şəraitdə hərbi əməliyyatların miqyasını böyütmək niyyətində deyil.


“Dünya anlamalıdır ki, əməliyyatların miqyasının genişləndirilməsi planlaşdırılmır. Biz burada hansı hədəflərə nail olmaq istədiyimizi dəqiq bilirik və Amerika xalqı buna əmin ola bilər”, – deyə müdafiə naziri mətbuat konfransında qeyd edib.


Niyaz Hacıyev
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR