İranla müharibə davam edəcək - Tramp

“İranla müharibə tezliklə bitə bilər, amma bu həftə yox”.
Sfera.az “The Times of İsrail”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, münaqişə qısa müddətli ola bilər. Tramp deyib ki, lakin müharibənin bu həftə bitməsi real görünmür.
Tramp qeyd edib ki, əgər İran qlobal neft tədarükünü pozmağa çalışsa və xüsusilə Hörmüz boğazında neft axınını dayandırsa, ABŞ daha sərt zərbələr endirəcək. O bildirib ki, belə halda İranın enerji infrastrukturu, o cümlədən elektrik istehsalı obyektləri hədəfə alına bilər.
ABŞ lideri əlavə edib ki, Vaşinqtonun əsas məqsədi İranın raket və nüvə proqramının qarşısını almaqdır.
İran tərəfi isə cavab olaraq bəyan edib ki, müharibənin nə vaxt bitəcəyinə Tehran qərar verəcək və hücumlar davam edərsə, regiondan neft ixracı dayandırıla bilər.
Firuzə Əliyeva
Sfera.az
